İspaniyanın "Atletiko" klubu və Türkiyə milli komandasının futbolçusu Arda Turan Bakıdakı yanğında dünyasını dəyişənlərə başsağlığı verib. 28 yaşlı yarımmüdafiəçi başsağlığı mesajını şəxsi "Twitter" hesabından paylaşıb.
Türkcə və ingiliscə yayımlanan mesajında Arda yazıb: "Başın sağ olsun, Azərbaycan. Başımız sağ olsun…”, "Azerbaijan. Big tragedy. My deepest condolences to all. #Bakufire".
Qeyd edək ki, Bakının Binəqədi rayonundakı 16 mərtəbəli binada ötən gün baş vermiş yanğında 15 nəfər ölüb, 50-si yaralanıb.