1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ermənilər Bakıya Azərbaycanın pulu ilə gələsi olmadı
Bakı -2015 I Avropa Oyunlarında Ermənistanı 25 idmançı təmsil edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan açıqlama verib.
O bildirib ki, erməni idmançılar taekvando, atıçılıq, sambo, cüdo, boks, sərbəst və yunan roma güləşi növlərində medallar uğrunda mübarizə aparacaqlar. Rostomyanın sözlərinə görə, Ermənistan idmançılarının birinci qrupu Bakıya iyunun 10-da gələcək: "Hazırda təhlükəsizlik və təşkilati işlərlə bağlı heç bir problem yoxdur. Ermənistan nümayəndə heyətinin Oyunlarda iştirakı ilə bağlı bütün maliyyə məsələlərini Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qagik Tsarukyan həll edib. Baxmayaraq ki, Azərbaycan öncədən bütün xərcləri öz üzərinə götürüb".
Rostomyan yunan-roma güləşi üzrə yığmanın baş məşqçisi, olimpiya çempionu Levon Culfalakyan ilə dünya və üçqat Avropa çempionu Artur Aleksanyanın Avropa Oyunlarında iştirakdan imtina etmələri ilə bağlı məsələyə dair açıqlamanı onların özlərinin verəcəklərini bildirib.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.