
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 81 kq çəki dərəcəsində qızıl medal qazanmış Rusiya cüdoçusu Həsən Halmurzayev karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, Halmurzayev bu qərarı 31 yaşında verib.
Həsən Halmurzayev, məşqçi işləmək niyyətində olduğunu bildirib. O, əkiz qardaşı Hüseynlə birlikdə ixtisaslaşdırılmış məktəb açmağı planlaşdırır.
Qeyd edək Həsən Halmurzayev olimpiya çempionluğundan əlavə, 2021-ci ildə Avropa çempionu olub və 2017-ci il dünya çempionatının bürünc medalını qazanıb.