1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz qızıl medal qazandı
Azərbaycan cüdoçusu Rüstəm Orucov Kubanın paytaxtında keçirilən Havana Qran Prisində qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı 73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Orucov mübarizəyə ikinci mərhələdən qoşulub. O, finala gedən yolda ardıcıl olaraq, çernoqoriyalı Nikola Qusiç, italiyalı Enriko Parlati, qanalı Emmanuel Nartey və monqolustanlı Odbayar Qanbatarı məğlub edib. Həlledici qarşılaşmada isə azərbaycanlı cüdoçu BƏƏ təmsilçisi Viktor Skvortova vazari fəndi ilə qalib gələrək, Qran Prinin qalibi olub.
81 kq çəki dərəcəsində yer alan Rüstəm Alimli ilk görüşündə kubalı Xose Sotomayoru, ardından monqolustanlı Uqanbatar Otqonbatarı yensə də, 1/4 finalda rusiyalı Xasan Xalmurzayevə, ilk təsəlliverici görüşdə yunanıstanlı Roman Mustopulosa uduzaraq, 7-ci yerlə kifayətlənib. Bu çəkidəki digər cüdoçu Əbdülhəq Rəsullu isə mübarizəyə isveçli Robin Paçek üzərində qələbə ilə başlayıb. Lakin o, 1/8 finalda almaniyalı Sven Mareşə yenilib və mübarizəni dayandırıb.
Beləliklə, Havana Qran Prisində ilk 2 gündən sonra Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.
Qeyd edək ki, Qran-Prinin ilk günündə Orxan Səfərli (60 kq) bürünc medal qazanıb. Bu gün Azərbaycanın son 5 təmsilçisi - Şahin Qəhrəmanov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış edəcəklər.