Azərbaycan Alpinizm Federasiyasının (AAF) növbəti Hesabat-Seçki Konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, federasiya prezidenti vəzifəsinə Məmməd Abbasbəyli seçilib.
İş adamı kimi tanınan M.Abbasbəyli əvvəllər ölkənin bir sıra yüksək zirvələri ilə yanaşı, Avropanın ən yüksək zirvəsi olan Elbrusda (5642 m) Azərbaycan bayrağını dalğalandırıb. O, ABŞ-ın Purdue və Corc Vaşinqton Universitetlərinin məzunu, Nyu York vəkillər kollegiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Qeyd edək ki, Məmməd Abbasbəyli yeni vəzifədə İsrafil Aşurlunu əvəzləyib.