1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycana Olimpiya medalı qazandıran 7-ci növ
Azərbaycan Yay Olimpiya Oyunlarında yeni idman növündə medal qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, "Rio-2016"da kayakçı İnna Osipenko-Radomskayanın sayəsində reallaşıb. 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançı finişə 40,401 saniyəyə çataraq bürünc medala sahib olub.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Barselonadan etibarən Yay Olimpiya Oyunlarında təmsilçiləri cüdo, idman gimnastikası, güləş, atıcılıq, boks və ağır atletika növlərində medal baxımından fərqlənmişdi. Kayak - Azərbaycana Olimpiya medalı qazandıran 7-ci idman növü olub. Ölkəmiz bu yarışlarda ən çox güləşdə mükafat əldə edib - 14 medal.
Kayak kimi 1 medal qazanan ağır atletikadır ki, onu da milliləşdirilən legioner - bolqar Valentin Xristov "London-2012"də bürünc medalla reallaşdırıb. Əslən Ukraynadan olan İnna Osipenko-Radomskaya ardıcıl 4-cü olimpiadada 5-ci medalını qazanıb.
Xatırladaq ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının təmsil olunduğu növlərdən kanoedə də "Bakı-2015" I Avropa Oyunlarında medal qazanmışdı. Bu, Mingəçevirdə keçirilən yarışda gümüş mükafat qazanan Valentin Demyanenkonun sayəsində gerçəkləşmişdi.
Mehman Süleymanov