1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
7-ci qadın medalçımız və yeni rekord
Taekvondoçu Patimat Abakarova Azərbaycanın Olimpiya medalçısı olan 7-ci qadın idmançısı kimi tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, gənc idmançımız bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalla reallaşdırıb.
Maraqlıdır ki, ölkəmizə ilk Olimpiya çempionluğunu məhz qadın idmançı qazandırıb. Bu, 2000-ci ildə keçirilən Olimpiadada atıcı Zemfira Meftahətdinova olub. O, sentyabın 21-də həmin tarixi uğura imza atıb. Həmin vaxt Zemfira xanımın 38 yaşı olub. Azərbaycan "Sidney-2000"də 2-ci çempionluğunu isə bundan 9 gün sonra sərbəst güləşçi Namiq Abdullayevlə həyata keçirib.
Meftahətdinova həm ardıcıl, həm də ümumiyyətlə, 2 olimpiadada medal qazanan ilk qadın idmançımız kimi də adını tarixə yazdırıb. İkincisi "Afina-2004"də bürünc medal olub. Həmin Yay Olimpiya Oyunlarında digər qadın atıcımız İradə Aşumova da fərqlənb. O isə 25 metrə tapançadan atəşaçmada bürünc medalçı olub. Həmin vaxt 47 yaşı olan İradə xanım ən yaşlı Olimpiya medalçımız kimi tarixə düşüb.
"Pekin-2008"dən bu yana isə milliləşdirilən qadın idmançılar mükafat qazanırlar. Ukraynadan gələn Mariya Stadnik ardıcıl 3 olimpiadada medalçı olub. Onun həmkarı Yuliya Ratkeviç "London-2012"də, dogər həmyerlisi, kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə bürünc mükafatçı olub. 34 yaşlı idmançı bu gün 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə də medalçı ola bilər. Abakarova isə Rusiyadan, konkret Dağıstandan cəlb olunub.
Meftahətdinova Olimpiya çempionu olan yeganə qadın idmançımızdırsa, Stadnik bu turnirlərdə 3 medal qazanan yeganə təmsilçimiz olmaqla öyünə bilər. "Afina-2004"də və "London-2012"də 2 qadın idmançımız mükafatçı olmuşdusa, bu dəfə zərfin cinsin artıq 3 nümayəndəsi fərqlənməklə yeni rekord müəyyənləşib.
Qeyd edək ki, "Rio-2016" qadın iştirakçılarımızdan güləşçi Nataliya Sinişinlə taekvondoçu Fəridə Əzizova qalıblar.
Azərbaycanın Olimpiya medalçısı olan xanım idmançıları
1. Zemfira Meftahətdinova – atıcılıq (stend)
"Sidney-2000” – qızıl, "Afina-2004” - bürünc
2. İradə Aşumova – atıcılıq (25 metr, tapança)
"Afina-2004” - bürünc
3. Mariya Standik – sərbəst güləş (48 kq)
"Pekin-2008” – gümüş, "London-2012” - bürünc, "Rio-2016” – gümüş
4. Yuliya Ratkeviç – sərbəst güləş (58 kq)
"London-2012” - bürünc
5. İnna Osipenko-Radomskaya - kayak (1 nəfərlik qayıqla 200 metr məsafəyə)
"Rio-2016" - bürünc
6. Patimat Abakarova - taekvondo (49 kq)
"Rio-2016" - bürünc
Mehman Süleymanov