1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xetaq Qazyumovdan tarixi nəticə
Azərbaycanın sərbəst güləşçisi Xetaq Qazyumov (97 kq) qadın həmkarı Mariya Stadnikin (48 kq) rekoruna şərik olub. Sportnet.az-ın məlumatına görə, hər iki güləşçimiz 3 Olimpiya medalı qazanıb. Buna ilk nail olan Stadnik kimi Qazyumov da "Rio-2016" Yay Olimpiya Oyunlarının mükafatçısı olub.
Onların uğurlarının ardıcıl olimpiadalarda olması ilə diqqət çəkir. Bunlar isə "Pekin-2008"dən başlayıb. Onda Stadniklə Qazyumov bürünc medal qazanıblar. Xetaq "London-2012"də həmin nailiyyətini təkrarlayıbsa, Stadnik bu dəfə medalın əyarını yaxşılaşdırıb və "gümüş"ə sahib olub. Nəhayət, Mariya "Rio-2016"da da finalda uduzaraq 2-ci yeri tutub. Qazyumov isə ilk dəfə olimpiadada finala çıxıb və ən azı gümüş medalı özünə təmin edib. O, Olimpiya çempionu olarsa, bu göstəricidə Stadnikdən üstün olacaq. Xetaq ardıcıl 3 Olimpiadada mükafat qazanan ilk kişi idmançımız kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, 33 yaşlı Qazyumov Rusiyadan gələrək milliləşdirirlən idmançıdır. Milliyətcə osetin olan güləşçi Azərbaycan yığmasının heyətində bunadək dünya, Avropa çempionu, "Bakı-2015" I Avropa Oyunlarının qalibi olub.
Mehman Süleymanov