"Çıxışımdan çox pis olmuşam. Qızıl medal qazanmaq istəyirdim, lakin alınmadı. Nə etmək olar, rəqib məndən güclü oldu". Sportnet.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Xetaq Qazyumov deyib.
Ardıcıl iki Olimpiya bürüncündən sonra gümüş medal qazanmağı dəyərləndirən idmançı bunun daha pis nəticə olduğunu bildirib:
"Bu daha da pisdir. Çünki bürünc medalı qazanırsan, amma gümüşü "qızıl"ı uduzaraq alırsan".
O, həmçinin Toğrulun oyunu ilə bağlı fikir bildirib:
"Mən buna fikir verməməyə, ümumiyyətlə, oyuna baxmamağa, həyəcanlanmamağa çalışdım. Yəni ki, onun məğlub olması mənim görüşümə təsir göstərmədi".
O, karyerasını davam etdirməklə bağlı suala "bunu gələcək göstərəcək" deyə cavab verib.