
"Hələ ki həyatımda qarışıq hisslər keçirirəm. Sonadək başa düşmürəm ki, nələr baş verir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın "Rio-2016" Olimpiya Yay Oyunlarında yeganə çempionu olan Radik İsayev deyib. Taekvondoda 80 kq yuxarıda çəkidə çıxış edən 27 yaşlı təmsilçimiz bu qızıl medalı tək özünün yox, hamının mükafatı sayır: "Yenicə Bakıya qayıtmışam. Bu qısa müddətdə həyatımda nə dəyişə bilər ki? Bu qızıl medal münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, təkcə mənim yox, ümumi uğurdur. Bunda hamının xidməti var".