1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xetaq Qazyumov: "Finalda taktiki səhv etdim"
"Finalda dönüş yaratmağa tam ciddi çəkildə hazır idim. Ancaq yəqin ki, taktiki səhv etdim. Kiçik səhvim oldu ki, rəqibin ayağımdan tutmağına inkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Rio-2016" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Xetaq Qazyumov Bakıda qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib. O, olimpiadanın gümüşü mükafatçı olmasını özü üçün uğursuz nəticə saydığını söyləyib: "Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyus oldum. Ancaq nə etmək olar. Bu, idmandır, güləşdir".
Qazayumov gələcək karyerası, yenidən olimpiadada çıxış etməsinin mümkünlüyü ilə bağlı bunları bildirib: "İstirahət edib yaxşı düşünməyim lazımdır. Bu qərar tez-bazar, asanlıqla verilmir. İdmanda uzun yol keçən karyeram olub. Bir sözlə deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləçəcəyəm, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".