Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində şahmat üzrə dünya çempionu Maqnus Karlsen jurnalistlərə hörmətsizlik edib.
Sportnet.az-ın məlumatına görə, bu, norveçli qrossmeysterin III turda Azərbaycan təmsilçisi Rauf Məmmədovla heç-heçə etdiyi görüşdən sonra baş verib. Karlsen ənənəvi mətbuat konfransında iştirak etməyib.
O, yarış zalından birbaşa məskunlaşdığı otelə yollanıb.










































































