Voleybolçu qadınlardan ibarə Azərbaycan milli komandası Qızıl Avropa Liqasının final mərhələsinə vəsiqə qazana bilməyib.
Sportnet.az-ın məlumatına görə, bu, hazırda davam edən B qrupunun Macarıstan - Finlandiya görüşünün gedişində müəyyənləşib. İlk setdə Macarıstan 25:20 hesablı üstünlük əldə etsə də, sonrakı iki setdə 25:27 və 21:25 hesabı ilə uduzub. Nəticədə Finlandiya ən azı 13 xalla qrup liderliyini təmin edib. Macarıstan isə Qızıl Avropa Liqasının ev sahibi kimi birbaşa final mərhələsində iştirak hüququna yiyələnib. Daha 2 vəsiqəyə isə B qrupunu 17 xalla lider kimi tamamlayan Çexiya və A qrupunda 15 xal toplayaraq, yalnız set fərqində Azərbaycan yığmasını qabaqlayan Bolqarıstan sahib olub.
Qeyd edək ki, dördlər finalı 14 - 16 iyunda Budapeştdə təşkil olunacaq.









































































