Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında VII turun oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Hindistan yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib.
Komandanın heyətində bütün şahmatçılar görüşlərini heç-heçə ilə başa vurub.
Dünya çempionatı, VII tur
13:00. Azərbaycan - Hindistan - 2:2
Arkadi Naydiç - Başkaran Adiban - 0,5:0,5
Qədir Hüseynov - Krişnan Saşikiran - 0,5:0,5
Eltac Səfərli - Surya Qanquli - 0,5:0,5
Nicat Abbasov - Panayappan Seturaman - 0,5:0,5
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan komandası 5-ci, Hindistan isə 10-cu xalını qazanıb.