Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.
Sportnet.az-ın məlumatına görə, 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin iki idmançısı finalda iştirak hüququ qazanıb.
52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə rusiyalı Elbrus Soltuxanovu məğlub edib. O, rəqibinə 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M. Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək.
Onun nailiyyətini Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. Yığmanın liderlərindən olan boksçu Qurgen Hovannisyana gücünü göstərib. Abdullayev də komanda yoldaşı Rahil Məmmədli kimi, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək.
Onlardan fərqli, Məmmədli (91 kq) yarımfinal səddini keçə bilməyib. İdmançımız braziliyalı Abner Juniora uduzaraq, bürünc medalla kifayətlənib.