3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin finalında Azərbaycanın “Neftçi” komandası ilə Niderland millisi üz-üzə gəlib. Rəqibini 20:12 hesabı ilə məğlub edən “Neftçi” çempion olub.
Sportnet.az xəbər verir ki, bu səbəblə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev öz şəxsi sosial media hesabında "Neftçi"yə zəfər yaraşır! Şuşaya zəfər yaraşır! Azərbaycana zəfər yaraşır!!! Doğma "Neftçi"ni əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!!!" sözləri ilə "Neftçi" komandasını təbrik edib.