
Çoxsaylı beynəlxalq yarışların qalibi və mükafatçısı Məmmədəli Mehdiyev peşəkar cüdoçu karyerasını bitirməyə qərar verib.
Sportnet.az xəbər verir ki, o, 2020 və 2022-ci illərdə böyüklər arasında Avropa çempionatında və 2019-cu il Avropa Oyunlarında bürünc medal qazanıb. M. Mehdiyevin nailiyyətləri arasında Böyük Dəbilqə və Qran Pri yarışlarından ümumilikdə 21 medal var.
“İdmançılara yaradılan şəraitə görə Möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayiət edən məşqçilərimə, mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm.”– deyə Məmmədəli Mehdiyev bildirib.
Onun sözlərinə görə cüdo mükəmməl idman növüdür: “Cüdoda əsl dostluğu, mehribançılığı, səmimiyyəti və düzgünlüyü tapdım. Arzum nümunəvi vətəndaş kimi ölkəmə xidmət etmək və gənc nəslə dəstək olmaqdır".