Ötən gecə DÇ-2014-ün qrup mərhələsində Cənubi Koreya üzərində 4:2 hesablı qələbə qazanan Əlcəzair yığması qitə rekorduna imza atıb. Sportnet.az-ın məlumatına görə, dünya çempionatlarının final mərhələsi tarixində bu sayda qola heç bir Afrika təmsilçisi imza atmayıb.
Qeyd edək ki, Əlcəzair dünya çempionatlarının final mərhələsi tarixində qələbə qazanan ilk Afrika təmsilçisi kimi də tarixə düşüb. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında "səhra tülküləri" Zinəddin Zidanın əmisi - Camelin hesabı açdığı qarşılaşmada Almaniya Federativ Respublikası üzərində 2:1 hesablı qələbə qazanıblar.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |