FIFA prezidenti Zepp Blatter DÇ-2014-də hakimləri diqqətli olmağa və oyunların nəticəsinə təsir edən səhvlərə yol verməməyə çağırıb. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun başçısı ədalət təmsilçilərinə əmin olmadıqları qərarları verməməyi tapşırıb.
Onun sözlərinə görə, əks təqdirdə komandaların şikayətləri səngiməyəcək. Blatter hər bir hakim fitinin əsaslı və ədalətli olmasını tələb edib: "Buna xüsusi diqqət yetirilməlidir! Ancaq insan faktorunu da unutmaq olmaz. Oyunda yaranmış müxtəlif epizodları fərqli şəkildə qələmə vermək olar. Əsas odur ki, qərarlar qanun çərçivəsində verilsin".
Bununla yanaşı, FİFA prezidenti hakimlərin işinin asanlaşdığını bildirib: "İndi onların qolları qeydə alan cihazları var. Bu inqilabi qərarın hesabına bir çox başağrılarından canımızı qurtardıq".
Qeyd edək ki, DÇ-2014 ən qalmaqallı mundiallardan biri kimi indidən tarixə düşüb. Kolumbiyalı Umberto Klavixo Meksika - Kamerun görüşündə şimali amerikalıların 2 təmiz qolunu qeydə almadığına görə DÇ-2014-dən kənarlaşdırılıb.
Nigeriya - Bosniya və Herseqovina görüşündə avropalıların hücumçusu Edin Cekonun vurduğu qol da hakim tərəfindən yanlış olaraq, ofsayd kimi dəyərləndirilib.
Dünya çempionatının açılış oyununda yaponiyalı referi Yuiçi Nisimura isə Brazilyanın lehinə Xorvatiyanın qapısına penaltini uydurub.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |