İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya
dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam
edir. Sportnet.az-ın məlumatına görə, 1/8 finalların ilk oyun günündə 4
iştirakçı mübarizə aparacaq.
Əgər qarşılaşan rəqiblər verəcəkləri proqnozda eyni xalı toplasalar,
qalib "qızıl xal” prinsipi ilə müəyyən ediləcək. "Qızıl xal” - iştirakçıların
qrup mərhələsində topladığı xallardır. Hansı iştirakçı qrupda rəqibinə nisbətən,
daha çox xal toplayıbsa, o da üstünlük əldə edəcək.
Qeyd edək ki, 1/8 finalda iştirakçı düzgün müəyyən edilmiş (bura
yalnız əsas vaxt daxildir) nəticəyə görə 10, düzgün müəyyən edilmiş qalibə görə
3 xal, düzgün müəyyən edilmiş top fərqinə görə (qalibi düzgün müəyyən etmək
şərti ilə) 5 xal əldə edəcək.
21:00. 1/8 final. Braziliya-Çili
Rail Məlikov (4) (futbolçu) –2:1
Zamiq Hüseynov (3) (futbol funksioneri) - 2:0
01:00. 1/8 final Kolumbiya-Uruqvay
Əliyar Ağayev (4) (hakim) – 2:0
Ceyhun Sultanov (3) (futbol funksioneri) – 1:1
Qeyd. Mötərizədə iştirakçıların "qızıl xallar”ı göstərilib.