
Bununla da Kloze mundiallar tarixində ən yaxşı bombardirə çevrilmək imkanı qazanıb. Hazırda onun aktivində 14 qol var. Birinci pillə isə artıq karyerasını bitirmiş Ronaldoya məxsusdur. Braziliya millisinin sabiq hücumçusu dünya çempionatlarında üst-üstə 15 dəfə fərqlənib.
Müdafiəçilər: Erik Durm, Kevin Qrosskroyts, Mats Hummels (hamısı "Borussiya" Dortmund), Jerom Boatenq, Filipp Lam ("Bavariya"), Benedikt Hövedes ("Şalke"), Mattias Ginter ("Frayburq"), Per Mertezaker ("Arsenal", İngiltərə)
Yarımmüdafiəçilər: Mario Götse, Toni Kroos, Tomas Müller, Bastian Şvaynştayger (hamısı "Almaniya"), Yulian Draksler ("Şalke"), Marko Roys ("Borussiya" Dortmund), Kristof Kramer ("Borussiya", Mönhenqladbax), Sami Xedira ("Real Madrid", Almaniya), Məsut Özil ("Arsenal", İngiltərə)
Hücumçular: Miroslav Kloze ("Latsio", İtaliya), Lukas Podolski ("Arsenal", İngiltərə), Andre Şürrle ("Çelsi", İngiltərə).
Qeyd edək ki, Almaniya millisi dünya çempionatında Portuqaliya, Qana və ABŞ yığmaları ilə birgə yer alıb.