Azərbaycanın
ən təcrübəli məşqçisi Ağasəlim Mircavadov Braziliyada keçiriləcək dünya
çempionatına dair proqnoz verib. Sportnet.az-a danışan mütəxəssisin fikrincə,
finalda meydan sahibləri ilə dünya çempionları üz-üzə gələcək.
Milli
komandamızın sabiq baş məşqçisi turnirdə 2 komandanın sürpriz edə biləcəyini
vurğulayıb: "Demək olar Braziliyada çıxış edəcək bütün yığmaların oyunlarını
izləmişəm. Ancaq uğurlarına adət etdiyimiz milli komandalarla yanaşı, Qana və
Belçika komandalarından sürpriz gözləyirəm”. Daha
sonra Mircavadov 1/8 finala yüksələcək və bu mərhələdə qarşılaşacaq cütlüklərlə
bağlı proqnozunu verib:
Braziliya – Hollandiya, Kolumbiya – İngiltərə, Fransa –
Nigeriya, Almaniya – Rusiya, İspaniya – Xorvatiya, Kot-d’İvuar – İtaliya,Argentina – İsveçrə, Belçika - Qana.
Təcrübəli mütəxəssis 1/8 finalın ilk cütlüyü ilə bağlı proqnoz verməzdən öncə "Bu oyunu finala bərabər tuturam. Ancaq yenə də braziliyalı futbolçuların fərdi ustalığını nəzərə alaraq, hesab edirəm ki, "narıncılar”ı üstələməyi bacaracaqlar”, - fikrini irəli sürüb.
Mundialın ¼ final mərhələsindəki cütlüklərə gəldikdə isə, ekspertin
daha çox diqqətini çəkən oyun İspaniya – İtaliya olub: "İtaliyanın heyətində
Pirlo kimi "beyin” var. Çox gərgin oyun gözləyirəm. Ancaq "Skuadra Adzurra”nın
qalib gələcəyinə inanmağım gəlmir. Yox, ispanlar bu mərhələni də adlaya biləcəklər”.
¼ final
Braziliya – İngiltərə, Fransa – Almaniya, İspaniya – İtaliya, Argentina– Belçika.
Maraqlıdır ki, Mircavadov yarımfinal cütlükləri ilə bağlı fikirlərini
tərəddüd etmədən bildirib.
½ final
Almaniya – Braziliya, İspaniya – Argentina.
3-cü yer uğrunda görüş
Almaniya – Argentina
Final
Mütəxəssisin fikrincə, həlledici görüşdə meydan sahibləri daha
şanslıdırlar: "Meydan amili öz sözünü deməlidir. Braziliya doğma azarkeşləri
önündə 6-cı dəfə dünya çempionu tituluna yiyələnmək üçün ikiqat əzmlə
vuruşacaq. İnanmıram ki, ispanlar bu təzyiqə tab gətirsinlər”.
Braziliya - İspaniya