Braziliya
millisinin baş məşqçisi Luis Felipe Skolarinin qardaşı oğlu dünən dünyasını dəyişib.
Sportnet.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Tarçizio Joao
Şnayder yol-nəqliyyat qəzası nəticəsində ölüb.
Çərşənbə
axşamı, günün ilk yarısında Passo Fundo kəsişməsində yük maşını onun avtomobilinə
çırpılıb. Braziliya polisinin verdiyi məlumata görə, avtoqəza nəticəsində
Şnayderin avtomobili yoldan kənara atılıb.
Qeyd edək
ki, mayda Skolari daha bir bədbəxt hadisə yaşayıb. Onun xərçənglə çarpışan ögey
qardaşı dünyasını dəyişib. Bu cür
ailə itkiləri yaşayan Skolarinin komandasını hansı əhvalla oyuna çıxaracağını
söyləmək çətindir.
Əlavə edək ki, Braziliya yığması dünya çempionatında ilk oyununu sabah Xorvatiya millisinə qarşı keçirəcək.