
DÇ-2014 çərçivəsində Braziliya və Xorvatiya yığmaları arasında baş tutan görüşdə meydan sahiblərinin müdafiəçisi Marselonun öz qapısına vurduğu qol tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, indiyədək Braziliya yığmasının heç bir futbolçu dünya çempionatlarının final mərhələsində avtoqola imza atmayıb.
Qeyd edək ki, Marselonun 11-ci dəqiqədə qeydə alınan avtoqolunu, komanda yoldaşları rəqib qapısının torunu 3 dəfə silkələməklə unutdurub.