
İsveçrə yığma
komandasının baş məşqçisi Otmar Hitsfeld DÇ-2014-ün qrup mərhələsində Ekvador
üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib. Sportnet.az-ın məlumatına
görə, almaniyalı mütəxəssis qələbəni ev hazırlıqları hesabına əldə etdiklərini
bildirib.
Yetirmələrinin buraxılan qola əla reaksiya
verdiklərini bildirən Hitsfeld, görüşün əvvəlində topa nəzarət edə bilmədiklərini
də etiraf edib: "Oyunun əvvəlində rəqib bizə təzyiq göstərə bilirdi. Lakin
tədricən öz oyunumuzu tapa bildik. Oyunda dönüş yaratmağımız bir daha sübut
etdi ki, biz çox şeyə qadirik"