
Azərbaycan idmançıları III MDB Oyunlarında bu gün 12 medal qazanıblar.
Sportnet.az-ın məlumatına görə, medallardan 4-ü qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlı olub.
Qızıl medallardan 3-ü yunan-Roma güləşi, 1-i çövkən növündə əldə edilib. Gümüş medallardan hərəyə 2-si yunan-Roma güləşi və qılıncoynatma, 1-i bədii gimnastika, bürünc medallar isə yunan-Roma güləşi, qılıncoynatma və bədii gimnastika növündə qazanılıb.
Beləliklə, Azərbaycan idmançılarının qazandıqları medalların sayı 178-ə çatıb. Hazırda təşkilatçı ölkənin aktivində 33 qızıl, 53 gümüş, 92 bürünc medal var.
Bu nəticə ilə Azərbaycan Belarusu yenidən üstələyərək, 2-ci pilləyə yüksəlib.
Sıralamada 1-ci yeri 225 (124 qızıl, 61 gümüş, 40 bürünc) medalla Rusiya, 3-cü yeri 119 (32 qızıl, 35 gümüş, 52 bürünc) medalla Belarus tutur.