1968-ci il Qrenobl Qış Olimpiya Oyunlarında qızıl medal qazanmış Norveç xizəkçisi Odd Martinsen 82 yaşında vəfat edib.
Spornet.az-ın məlumatına görə, bu barədə NRK telekanalı xəbər yayıb.
Martinsen Qrenobl-1968 olimpiadasında estafetdə qızıl, 30 km məsafəyə yürüşdə gümüş medal qazanıb. O, 1976-cı il İnsbruk Qış Olimpiya Oyunlarında isə estafet yarışında gümüş medala sahib olub.
Martinsen 1966-cı ildə dünya çempionu, növbəti dünya çempionatlarında isə gümüş və bürünc medalların sahibi adını qazanıb.
Titullu idmançı 1986 -2002-ci illərdə Beynəlxalq Xizək İdmanı və Snoubord Federasiyasının xizək yürüşləri üzrə komitə rəhbəri olub.














































































