Bakının "Dünya İdman Paytaxtı" (“World Capital of Sports”) elan olunması münasibətilə rəsmi təqdimetmə mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə icra başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Avropa İdman Paytaxtları Assosiasiyasının (ACES) prezidenti Fransisko Lupatelli, eləcə də müxtəlif federasiyaların rəsmiləri qatılıblar.
İcra başçısı Eldar Əzizov son dövrlərdə idmanın inkişafı istiqamətində görülmüş işlərdən danışıb. O, qonaqları salamlayaraq, sözü nazirə verib.
Qayıbov tarixi binada bir araya gəlməkdən məmnunluq ifadə edib. Nazir müxtəlif nüfuzlu beynəlxalq idman tədbirlərini Bakıda təşkil etdklərini xatırladıb.
2026-cı ildə Bakıda böyük idman tədbirinin təşkil olunacağını xatırladan nazir yarışların sayının artdığını vurğulayıb.
Lupatelli isə Bakının təkcə idman deyil, digər sahələrdə də yaxşı tanındığını söyləyib.
İtaliyalı qonaq Azərbaycanla əlaqələri genişləndirməyi özləri üçün böyük önəm kəsb etfiyini bildirib. Daha sonra o, builki paytaxt Monakodan gətirdikləri Dünya İdman Paytaxtı lövhəni Azərbaycana təqdim edib.





































































