Sloveniyanın 4 idman funksioneri tutduqları vəzifədən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, buna həmin şəxslərin məşhur britaniyalı skripkaçı Vanessa Meyin 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına vəsiqə qazanmasına kömək etmələri səbəb olub.
Yürüşün direktoru Minister Xrobat, baş hakim Vladimir Makuts, xronometrçi Matyaj Qoltets və Tuqo Marinçek 4 il müddətinə diskvalifikasiya olunublar. Onlar Meyin Sloveniyanın Krvavtse şəhərində keçirilmiş seçmə turnirdə nəticələrini saxtalaşdırıblar. Nəticələr skripkaçının olimpiadaya vəsiqə qazanması üçün qəsdən korrektə edilib.

Qeyd edək ki, Sinqapur əsilli Vanessa Mey Soçi olimpiadasında atasına məxsus Vanakorn soyadı altında çıxış edib. 35 yaşlı idmançı Tailandı təmsil edib. O, hər iki enişdə sonuncu olub.