Bakıda 2017-ci ilin iyununda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri Bülent Özərdim bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilk bilet onlayn satış başlanandan bir neçə dəqiqə sonra alıcısını tapıb: "Bilet İngiltərədən sifariş olundu. Ardınca Rusiyadan bilet sifarişi verildi. Bu da xaricdə yaşayanların Azərbaycan Qran Prisinə olan marağını göstərir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi gələn il iyunun 23-25-də keçiriləcək.