1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov: "Federasiya prezidentləri sifarişlə seçilmir"
Azərbaycanda federasiya prezidentləri sifarişlə yox, özlərinin müraciətləri əsasında seçilirlər. Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyi olaraq, heç bir federasiyanın işinə qarışmırlar: "Sadəcə, hər hansı federasiyada prezident öz ərizəsi ilə işdən çıxarsa, dövlət olaraq, kiməsə müraciət edə bilərik. Dövlət qurumlarının bu sahədə köməyi bizə çox vacibdir. Bu istiqamətdə işlər aparılır. Hansısa növdə işlər qaneedici olmasa, orada dəyişikliklər baş verir".
Nazir indiyədək postunu tərk etmiş federasiya prezidentlərinin öz ərizələri ilə vəzifələrindən azad olunduqlarını da əlavə edib.