
"Gələcəkdə Formula-1 yarışlarını keçirmək üçün ayrıca trasın tikilməsinə dair planımız yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, 2016-cı ildə Bakıda ilk dəfə keçiriləcək yarış Bakı küçələrində təşkil olunacaq. Nazir təxmini marşrutun da təsdiqləndiyini, amma layihə-smetanı hazırlayan şirkətin son rəyini verməli olduğunu əlavə edib: "Yürüşlər "Neftçilər prospekti, İstiqlaliyyət küçəsi istiqamətində təşkil olunacaq. Əsas tribunalar isə Azadlıq meydanında yerləşdiriləcək".