1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Triatlonçumuz Dünya Kubokunun qalibi oldu
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Çinin Çenqdu şəhərində Dünya Kubokunun qalibi olub.
Sportnet.az məlumatına görə, 31 yaşlı idmançı yarışın ilk mərhələsində 5-ci yeri tutub və finala yüksəlib. O, finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Ardınca 10 kilometr məsafəyə veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə Pevtsov 7 dəqiqə 3 saniyəlik nəticə göstərib. Yığma üzvü ümumi hesablamada 28 dəqiqə 18 saniyə vaxt göstəricisi ilə birinci yerə layiq görülüb.
Qeyd edək ki, Rostislav Pevtsov daha əvvəl İspaniyanın Las-Palmas şəhərindəki Avropa Kubokununda və Misirin Şarm Əl-Şeyx şəhərində təşkil edilmiş Açıq Afrika Kubokunda gümüş medal qazanıb.