3 dəfə Olimpiya çempionu adını qazanmış Viktor Tixonovun vəziyyəti getdikcə ağırlaşır. Sportnet.az-ın məlumatına görə, əfsanəvi hokkeyçinin artıq ayaqları da tutulub.
Bu barədə "R-Sport"a açıqlama verən 84 yaşlı Tixonovun həyat yoldaşı bildirib ki, müalicə davam etsə də, ciddi bir xeyiri yoxdur: "Viktor artıq ötən ayın 24-dən evdədir. Həkimlər onun ev şəraitində müalicəni davam etdirməsini vacib saydılar. Dərmanları noyabrın 22-nə qədər qebul etməlidir. Ondan sonra bəlkə bir irəliləyiş olsun. Amma indiki halda vəziyyəti çox pisdir, ayaqları tamamilə tutulub, hərəkət edə bilmir".
Qeyd edk ki, sabiq hokkeyçi Moskva ÇSKA-sı ilə də 3 dəfə SSRİ çempionu olub.