Sərhədçi Atçılıq İdman Klubunun açıq manejində konkur növü üzrə Sərhədçi Kuboku turniri keçirilib.
Sportnet.az xəbər verir ki, E, M* və S* kateqoriyaları üzrə təşkil olunan yarışda Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.
E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan yarışda 1-ci yeri "A.Clinteus” ləqəbli atla "Atçılıq” məktəbinin idmançısı Səməd Əliverdiyev tutub. "Sərhədçi”nin jokeyi Dünyamalı Qurbanbəyov "Gilas” ləqəbli atla 2-ci, "Omar” klubunun çaparı Nurlan Rüstəmov "Emily Du Barbour” ləqəbli atla 3-cü olub.
M* kateqoriyası üzrə maneələrin hündürlüyü 120-125 sm olan yarışda David” ləqəbli atla "Sərhədçi” klubunun çaparı Seyid Musayev qalib adını qazanıb. "Elite Horse and Polo Club” un idmançısı Kənan Novruzov "Walonka” ləqəbli atla 2-ci olub. Yarışa "Concorde 57” ləqəbli atla da qatılan S.Musayev 3-cü yeri də təmin edib.
S* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olan final yarışında 1-ci yeri və Sərhədçi Kubokunu "Buta Golden” klubunun çaparı Yahor Morotski "Astrello” ləqəbli atla qazanıb. "Sərhədçi”nin jokeyi Seyid Musayev "David” ləqəbli atla 2-ci, "Omar”ın idmançısı Ələkbər Məmmədov "Francescco” ləqəbli atla 3-cü yeri tutub.