1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rednikin komandasının oyunu "Topaz"da: Həm canlı, həm "təkli"
Futbol proqnozunun həvəskarları üçün bu gün mərc ediləsi oyunların sayı elə də çox deyil. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" müştərilərinə 30 matç təklif edir.
Oyun sayı az olsa da, proqnozsevərlər üçün cəlbedici şərtlər var. 30 qarşılaşmadan 18-nə "Topaz"da canlı mərc etmək olar ki, bu da qazanmaq şansını artırır. 4 görüşə isə "təkli oyun" statusu verilib. Bu "təkli" oyunlara həm də canlı mərc etmək mümkündür. Söhbət Polşa və Rumıniya çempionatlarının görüşlərindən gedir.
Rumıniya Liqasında saat 22:00-da başlanacaq "Astra" - "Dinamo Buxarest" matçı xüsusən maraq doğurur. Rumıniyada çempionat "altılıq" sistemi üzrə keçirildiyindən komandaların qarşısına qoyulan ilkin məqsəd bura düşməkdir. "Astra" hazırda 6-cı pillədə qərarlaşsa da, mövqeyi möhkəm deyil. 3 komanda "Astra"nı qarabaqara izləyir. 11-ci sırada qərarlaşan "Dinamo Buxarest"i isə ilk "altılıq"dan 6 xal ayırır. Bu axşam səfərdə qazanılan qələbə "dinamoçular"ı yuxarı pillələrə bir qədər də yaxınlaşdıracaq.
Son 4 turda uduzmayan "Astra" "Dinamo Buxarest"lə aralarındakı son 4 dueldə də məğlub olmayıb. Amma hər uğurlu və ya uğursuz seriyanın bir sonu olduğunu da nəzərə almaq lazımdır. Onu da qeyd edək ki, "Dinamo Buxarest"in baş məqşçisi Azərbaycanda kifayət qədər sevilən "Xəzər Lənkəran" klubunun keçmiş çalışdırıcısı Mirça Rednikdir. 56 yaşlı mütəxəssis Lənkəranda cəmi 1,5 il işləsə də (2010 - 2011) burada özü haqda xoş təəssüratlar qoyub gedib. İndi Rednik baş məşqçi karyerasında 7-ci dəfə vaxtilə formasını geydiyi "Dinamo Buxarest"ə qayıdıb. Qarşısına qoyulan əsas vəzifə isə Buxarest klubunun keçmiş şöhrətini özünə qaytarmaqdır.
Prinsipial xarakter daşıyan axşamkı qarşılaşmaya "Topaz"da bu əmsallarla mərc edə bilərsiniz: "Astra"nın qələbəsi 2.40, heç-heçə 2.75, "Dinamo Buxarest"in qələbəsi 2.55.
Polşa Liqasında isə XX turun ilk 2 oyunu keçiriləcək. Mövsümə uğursuz başlasa da, sonradan "sürət yığan" "Legiya" çempionatın autsayderi "Zaqlembe Sosnovyek"in qonağı olacaq. Portuqaliya futbolunun məşhur isimlərindən olan Rikardu Sa Pintunun başçılıq etdiyi "Legiya" son 4 çempionat və 1 kubok oyununda uduzmayıb. Hazırda 2-ci sırada yer alan varşavalılar bu axşam qalib gələcəkləri halda, lider "Leçiya Qdansk"la xalları bərabərləşdirəcək. Sonuncu sırada qərarlaşan "Zaqlembe Sosnovyek"in isə itiriləsi nəyisə yoxdur. İndiyədək bu komandalar cəmi 4 dəfə qarşılaşıb və bütün oyunlar "üst" bitib. 3 görüşdə "Legiya", birində isə "Zaqlembe" qalib gəlib.
Bu dəfə nəyin necə olacağını "Topaz"da mərc edə bilərsiz. Əmsallar: "Zaqlembe Sosnoviek"in qələbəsi 5.10, heç-heçə 3.65, "Legiya"nın qələbəsi 1.40. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiniz.