
Fransa prezidenti Fransua Olland 2024-cü il
Yay Olimpiya Oyunlarının Parisdə keçirilmə ideyasını dəstəkləyib.
Sportnet.az-ın məlumatına görə, Olland TF1 telekanalına açıqlamasında müvafiq
qərarın qəbul olunacağı təqdirdə, Parisi namizəd şəhər kimi təmsil edəcəyini
bildirib.
Fransa Milli Olimpiya Komitəsi (MOK) hələlik 2024-cü il olimpiadasına
ərizə ilə müraciət etməyə dair qərar verməyib. Bununla bağlı yaradılacaq
Təşkilat Komitəsinə 50 - 80 milyon avro lazımdır. MOK ictimaiyyət arasında
sorğu yolu ilə vətəndaşların Oyunlara maraq səviyyəsini nümayiş etdirmək
niyyətindədir. Paris 2012-ci il olimpiadasına da namizəd olub, amma Londona 6
səs fərqlə uduzub.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına ərizə
qəbulu proseduru 2015-ci ildə başlanacaq. Qalib şəhər isə 2017-ci ildə
açıqlanacaq. Potensial namizədlər arasında Almaniyanın Berlin və Hamburq,
Türkiyənin İstanbul, İtaliyanın Roma və Qətərin Doha şəhərləri ilə yanaşı,
Azərbaycan paytaxtı Bakının da adı çəkilir.