
Amerikanın
Breynerd şəhərində gənclər arasında keçirilən xokkey turnirində faciə baş
verib. Sportnet.az-ın məlumatına görə, yeniyetmə idmançı dünyasını dəyişib.
14
yaşlı yeniyetmə oyun zamanı huşunu itirərək yerə yıxılıb. Breynerd şəhəri polis
idarəsinin rəisi Korki Makkuistonun bildirdiyinə görə, həmin an tibb bacısı
yeniyetməyə müdaxilə edib. Xokkeyçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas
etmək mümkün olmayıb.
Bu hadisədən sonra Breynerddə keçirilən turnir ləğv edilib.