 

Noyabrın 21-də Bakıda Avropa Olimpiya
Komitəsinin (EOİC) 43-cü Baş Assambleyası işə başlayacaq. Sportnet.az-ın
məlumatına görə, Baş Asssambleyaya Beynəlxalq Olimpiya Komitəsinin (İOC)
prezidenti Tomas Bax da qatılacaq. 
	
	Eyni zamanda iclasda EOC prezidenti Patrik Hikki, baş katib
Rafaele Panyotsini, İOC-un baş katibi Qunilya Lindberq, Olimpiya Həmrəyliyi
İdarəsinin direktoru Pere Miro, EOC-un "Olimpiya oyunları”, "Marketinq və
rabitə”, "AGOF”, "Avropa Birliyi”, ”İdman hamı ücün”, "Olimpiya mədəniyyəti və irsi,
”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika”
komissiyalarının sədrləri hesabat məruzələri edəcəklər. 
	
	Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə
Komissiyasının sədri Spiros Kapralosun Bakı-2015 Avropa Oyunları barədə
məlumatı və Əməliyyat Komitəsinin (BEGOC) hesabatı dinləniləcək. XXXI Yay
Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına
(Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015)
hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə
daxildir. Asssambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü "Pyotr
Norivski” adına mükafatlar da təqdim olunacaq.
	
	Qeyd edək ki, Baş Assambleyadan bir gün əvvəl - noyabrın
20-də "Fairmont Baku Flame Towers” otelində EOC İcraiyyə Komitəsinin iclası
keçiriləcək. Toplantıl başa catdıqdan sonra noyabr ayının 22-də saat 13:00-da
isə mətbuat konfransı təşkil olunacaq.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































