"Formula 1"in əfanəvi pilotu Mixael Şumaxerin dünya çempionu olduğu "Reynard 903" avtomobili satışa çıxarılıb.
Sportnet.az-ın "Motorsport-Total"a istinadən verdiyi məlumata görə, bolidin qiyməti açıqlanmayıb. Bildirilib ki, bunu yalnız sorğu göndərməklə öyrənmək olar.
Şumaxerin 1990-cı ildə məhz həmin bolidlə WTS komandasının tərkibində Almaniyada "Formula-3"ün qalibi olduğu vurğulanıb. 185 at gücündə olan "Opel" yarış avtomobili tam işlək vəziyyətdədir.
Qeyd edək ki, yanvarda "Formula 1"in 7 qat çempionunun ən son fotosunun satılacağına qərar verilmişdi. Hətta sui-istifadəçilər buna görə 1 milyon funt-sterlinq ödəməyə hazır idilər.
Amma həmin vaxt Şumaxerin vəziyyətindəki dəyişiklik barədə danışan neyrocərrah Nikola Aççarri bildirmişdi ki, pilotun hazırkı görünüşü xizək qəzasından əvvəlkindən xeyli fərqlənir.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. O, başından aldığı ağır zərbədən komaya düşmüşdü.