Azərbaycanda koronavirus infeksiyasına 379 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportnet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 7 239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3 131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334 863 test aparılıb.