Beynəlxalq Olimpiya Komitəsi (IOC) Qış Olimpiya
Oyunlarına şahmatın daxil edilməsini mümkün saymayıb. Sportnet.az-ın məlumatına
görə, bu barədə qurumun Monte-Karloda keçirilən sessiyasında bildirilib.
IOC Qış Olimpiya Oyunlarına yalnız qar və buz üstündə keçirilən
oyunların daxil edilə biləcəyini bildirib. Qurum şahmatın Qış Olimpiya
oyunlarına daxil olması üçün heç bir əsasının olmadığını qeyd edib.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FİDE) Kirsan İlyumjinov isə rəhbərliyin, şahmatın Qış Olimpiya Oyunlarına daxil edilməsi üçün çalışacağını bildirib.