
Azərbaycan Milli Antidopinq Agentliyində (AMADA) yeni təyinat olub.
Sportnet.az-ın məlumatına görə, Vamiq Nəsirov AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işə başlayıb.
Nasirov bu barədə sosial şəbəkə hesabından açıqlama verib. Nəsirov ona göstərilən etimadın üzərinə böyük məsuliyyət qoyduğunu bildirib: "Siz dəyərli dostlarımın dəstəyi ilə bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyimə inanıram".