"Mercedes" pilotu Lüis Hemilton Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Sportnet.az-ın məlumatına britaniyalı sürücü ən yaxşı dövrəsini 1 dəqiqə 13,447 saniyəyə qət edib. O, karyerasında 7-ci dəfə Macarıstan Qran-prisinin təsnifat mərhələsində birinci yeri tutub. Ümumilikdə Hemiltonun aktivində 90 poul-pozişn var.
İkinci yeri "Mercedes"in digər pilotu Valtteri Bottas (+0,107), üçüncü yeri isə "Racing Point"dən Lens Stroll (+930) tutub.
Qeyd edək ki, əsas mərhələ bu gün Bakı vaxtı ilə saat 17:10-da başlayacaq.