1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Paris 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibi ola bilər
Fransa 2024-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətindədir. Sportnet.az-ın məlumatına görə, Fransa Milli Olimpiya Komitəsi paytaxt Parisin namizədliyini təqdim etməyi düşünür.
Komitə məsələ ilə bağlı son qərarı iyunda verəcək. Parisdən əlavə Roma (İtaliya), Boston (ABŞ) və Budapeşt (Macarıstan) də təşkilatçı şəhər olmaq istəyən namizədlər siyahısındadır. Bundan başqa, həmin siyahıda Doha (Qətər), Durban (CAR), Berlin (Almaniya), Nayrobi (Keniya) və Sankt-Peterburq (Rusiya) şəhərləri də yer alıb.
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 2014-cü ilin dekabrında keçirilmiş sessiyasında Olimpiya oyunlarının müxtəlif şəhər və ölkələrdə keçirilməsi qərarı qəbul olunub.
Qeyd edək ki, qalibin adı İOC-un 2017-ci il sentyabrın 15-də Perunun paytaxtı Limada keçiriləcək sessiyasında məlum olacaq.