İngiltərənin "Arsenal" klubu bu mövsüm UEFA Çempionlar Liqasından 124 milyon funt sterlinq gəlir əldə edib.
Sportnet.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi yarımfinalda İspaniyanın "Atletiko Madrid" komandasını mübarizədən kənarlaşdırdıqdan sonra bu məbləği təmin edib.
“Topçular” ilk oyunda 1:1 hesablı heç-heçə edib, cavab görüşündə isə qələbə qazanıblar - 1:0.
Bununla da “Arsenal” cari mövsüm Çempionlar Liqasında ən çox qazanan İngiltərə klubu olub. Siyahıda ikinci yeri "Liverpul" tutur. Mersisayd təmsilçisinin gəliri 94,8 milyon funt təşkil edir. Üçüncü pillədə isə 83,2 milyon funt gəlirlə "Mançester Siti" qərarlaşıb.
“Arsenal” finalda da qalib gələrsə, büdcəsinə əlavə 9 milyon funt mükafat əlavə edəcək.
Qeyd edək ki, 2025/2026 mövsümünün Çempionlar Liqasının final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. "Arsenal" həmin gün turnirin son qalibi Fransa PSJ-si ilə üz-üzə gələcək.
















































































