"Qalib gəlmək hər zaman xoşdur. Futbol oynamağa çalışdıq".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis layiqli qalibiyyət əldə etdiklərini bildirib: "Qarşımızda yaxşı rəqib var idi. "Zirə" nə istədiyini bilən, çox yaxşı təşkilatlanmış komandadır. Baş məşqçinin işi görünür, hara gəldiy vurmağa çalışmırlar, futbol göstərməyə çalışırlar. Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim. Biz layiqli qələbə qazandıq. "Zirə"ni üstələməyə çalışdıq. Təssüf ki, bəzi xırda vəziyyətlərdə səhvlər edirdik. Bu halda rəqibə şans verirdik. Qapımızda da qol görürdük".
Demçenkonun fikrincə, daha çox möhkəmlənmək, daha yüksək yerlər üçün daha səliqəli, daha ağıllı futbol oynamaq lazımdır: "Topu möhkəm saxlamaq, sadə vəziyyətlərdə rəqibə verməmək lazımdır. Qalib gəldik. Hardasa bəxtimiz də gətirdi. Son dəqiqələrdə qapımıza penalti də təyin edildi. Heç-heçə də ola bilərdi, amma qalib gəldik".












































































