"Bu yarışın çox böyük sponsorları var. 20 ölkə 24 komanda 4 qitəni əhatə edir. Sözün həqiqi mənasında beynəlxalq yarışdır. Bütün dünya Euposport vasitəsilə mübarizəni izləyəcək".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi veloyürüşünün texniki direktoru Roland Hofer deyib.
Onun sözlərinə görə, 10 mayda start götürəcək turnirdə ilk dəfə aralıq sprint yarışı olacaq. Hofer veloyürüşə tam hazır olduqlarını bildirib: "Çox şadam ki, buradayam və 5 gün ərzində müxtəlif relyefli ərazilərdə maraqlı mübarizə izləyəcəyik. Əvvəlki illərin təcrübəsi də göstərir ki, Azərbaycan bu cür yarışları təşkil etmək baxımından dünyada ən öndə gedənlərdəndir. Hətta “Tour de France” iştirakçıları bu cür otellərdə qalmırlar. Yollarınız da kifayət qədər yaxşıdır. Qəzasız çox maraqlı turun keçməsini arzulayıram".
Hofer yarışın səviyyəsindən də söz açıb: "Azərbaycan veloyürüşlərə ev sahibliyi edən ölkələrdəndir. Ev sahibliyi səviyyəsi həqiqətən də çox yüksəkdir. Gələn mövsümdən kateqoriyanın 2.1-dən yuxarı qalxması mümkündür".
















































































