Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
MOK-un mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iclasda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İK-nın yeni tərkibdə iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
Bildirilib ki, 24-30-da Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında idmanın 11 növü üzrə yarışlar keçiriləcək. Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilmiş festivalda Azərbaycan komandası 122 atletlə idmanın 10 növündə təmsil olunub. Yeniyetmə idmançılar 10 qızıl, 7 gümüş və 6 bürünc medalla komanda hesabında dördüncü yeri tutublar.
9 - 18 avqustda Türkiyənin Konya şəhərində gerçəkləşəcək V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələlərinin də müzakirə olunduğu iclasda oyunlarla bağlı son qərarın martın 17-nə planlaşdırılan missiya rəhbərlərinin görüşündə veriləcəyi bildirilib.
İclasda vitse-prezidentlər Fərid Qayıbov, Zemfira Meftəhəddinova, baş katib Azər Əliyev, Mariana Vasileva, Könül Nurullayeva, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov və Hacı Ramil iştirak ediblər.
İştirakçılar Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı, V İslam Həmrəyliyi Oyunları və Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbiri haqqında fikir mübadiləsi aparıblar.