ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın idman xadimlərinin yeni sanksiya siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahıya ümumilikdə 6 nəfər düşüb. Onların arasında hokkey üzrə üçqat olimpiya çempionu, Rusiya Hokkey Federasiyasının prezidenti Vladislav Tretyak, habelə, yunan-Roma güləşi üzrə üçqat olimpiya çempionu Aleksandr Karelin, Basketbol Liqasının fəxri prezidenti Sergey İvanov, Beynəlxalq Olimpiya Komitəsinin sabiq üzvü və fəxri prezidenti Aleksandr Jukov da yer alıb.
Daha 2 şəxs isə qadın funksionerlərdir. Bunlar Rusiya Triatlon Federasiyasının prezidenti Kseniya Şoyqu və konkisürmə üzrə olimpiya çempionu Svetlana Jurovadır.